Cümə , Oktyabr 30 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu

Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Azərbaycan ordusu Şuşanın 5 kilometrliyindədir

Azərbaycan Ordusu Şuşanın 5 km məsafəsindədir Qondarma DQ prezidenti Araik Harutyunyan rəsmi hesabından paylaşdığı videoda Azərbaycan …