Cümə axşamı , Mart 4 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistan Qarabağda 4 mindən çox itki verdiyini açıqladı

Ermənistan Qarabağda 4 mindən çox itki verdiyini açıqladı

Hazırda Ermənistanın Qarabağdakı son döyüşlərdəki qurbanlarının rəsmi sayı 4005 nəfərdir. Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən 2021-ci il fevralın 13-dək döyüşlərdə ölən 3577 hərbçinin meyitinin məhkəmə-tibbi ekspertizası aparılıb. 428 nümunə DNT testi mərhələsindədir.

Erməni mətbuatı yazır ki, yanvarın 20-də baş nazirin müavini Tiqran Avinyan parlamentdə çıxışı zamanı itkilərin sayının 4000 nəfəri keçməyəcəyini “vəd etməklə” növbəti dəfə yalan danışdı.

“Əslində, artıq qurbanların sayı 4 mini keçib, itkin düşənlər barədə isə məlumat verilməyib”.
Ümumilikdə isə bəzi mənbələrdə Ermənistanın itkilərinin 6-7 min nəfər olduğu qeyd edilir.

Həmçinin oxuyun

Vətən müharibəsində itkin düşmüş hərbçilərlə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyi (MN) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində itkin düşmüş hesab olunan 28 hərbi …