Bazar , Yanvar 24 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistan ordusu nə qədər itki verib? – Keçmiş səfirdən şok iddia

Ermənistan ordusu nə qədər itki verib? – Keçmiş səfirdən şok iddia

“Ermənistan müxalifətinin Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq gücü yoxdur”.
Bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib. “Məndən tez-tez soruşurlar ki, Vazgen Manukyan baş nazir postuna ən ideal namizəddir və onun namizədliyini irəli sürən partiyalar nə qədər güclüdür? Bəs xalqdan dəstək alan müxtəlif niyə kifayət qədər güclü deyil? Deyə bilərəm ki, bu gün Ermənistanda vahid güc yoxdur, ya vətən xaininin tərəfindəsiniz, ya da ona qarşı mübarizə aparırsınız. Müxalifət-xalq münasibətləri siyasi sahəyə aiddir, bu gün gedən mübarizə isə siyasi deyil, hakimiyyət uğrunda deyil. Təəssüf ki, çoxları bu tələyə düşüb”, – Minasyan bildirib.
Keçmiş diplomat Ermənistan Baş naziri Nikol Paşinyanı “dəli” adlandırıb: “Hakimiyyəti qəsb edən, ölkəni təslim olmağa paran dəli ilə müxalifətin gücünün məntiqinə və alətlərinə görə mübarizə aparmırlar, əksinə, xain kimi mübarizə aparırlar. Ölkəni onlardan mümkün qədər erkən xilas etmək lazımdır”.
O, Paşinyanın xəyanəti nəticəsində savaşda 5 mindən çox erməni hərbçisinin həlak olduğunu, minlərlə insanın itkin düşdüyünü iddia edib. Mikael Minasyan hakimiyyət və müxalifətin vətən xainləri tərəfindən ələ keçirildiyini söyləyib.  Teleqraf.com

Həmçinin oxuyun

Qarabağda daha 30 erməni hərbçisinin meyiti tapılıb

Qarabağda axtarış işləri zamanı Azərbaycan erməni tərəfinə 30 hərbçinin qalıqlarını təqdim edib.  Virtualaz.org erməni KİV-inə …