Şənbə , Dekabr 4 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistan Müdafiə Nazirliyindən Qaragöl açıqlaması: “Nəzarətimiz altındadır…”

Ermənistan Müdafiə Nazirliyindən Qaragöl açıqlaması: “Nəzarətimiz altındadır…”

Ermənistanın Müdafiə Nazirliyi noyabrın 10-da 60 erməni hərbçinin Qaragöldə mühasirəyə düşməsi və Rusiya sərhədçilərinin vasitəçiliyi ilə azad olunmasına dair Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumatı “açıq dezinformasiya” adlandırıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Azərbaycan silahlı qüvvələrinin Qaragöl ərazisində “təxribatının” ardınca Ermənistan silahlı qüvvələrinin hərəkətindən sonra Azərbaycan silahlı qüvvələri vəziyyətin həll olunması üçün Rusiya tərəfinə müraciət edib və Rusiya tərəfinin fəal işi nəticəsində vəziyyət stabilləşdirilib. Bəyanatda Azərbaycan silahlı qüvvələrinin “təxribatı” barədə əlavə təfərrüat verilmir.

Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, hazırda Qaragöl ərazisindəki vəziyyət tam olaraq Ermənistan silahlı qüvvələrinin nəzarətindədir. 

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan tərəfi hərbi qarşıdurma yaratmaq məqsədilə dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti təxribata cəhd edib. “Noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl istiqamətində hərəkət edərək Azərbaycan ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər”, – nazirliyin açıqlamasında yazılıb.

Məlumata görə, qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə Ermənistan tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan ordusunun sərhədin həmin sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb: “Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb”.

Həmçinin oxuyun

Xocavənddə erməni əsilli şəxs Azərbaycan hərbçisinə hücum çəkdi

Azərbaycan Müdafiə Nazirliyi Xocavənddə erməni əsilli şəxsin hərbçimizə hücum çəkərək silahını əlindən almağa çalışdığını və …