Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistan məhv edilmiş daha 43 hərbçinin adını açıqladı

Ermənistan məhv edilmiş daha 43 hərbçinin adını açıqladı

Ermənistan tərəfi üçtərəfli razılaşmadan (10 noyabr) əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha 43 hərbçisinin adını açıqlayıb.

Bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 1789-a çatıb.

Real faktlara əsasən, Ermənistanın itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Üstəlik, düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikası aparılmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan Qarabağda azı 4750 erməni hərbçinin öldüyünü bildirmişdi. Ümumilikdə isə Ermənistanın 5 mindən çox itki verdiyi, yaralı sayının isə 10 min nəfərdən çox olduğu deyilir.

Həmçinin oxuyun

Ordunun mühəndis təminatını yerinə yetirən hərbçilərin bacarıqları təkmilləşdirilir – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir. …