Cümə , Noyabr 27 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistan daha 2 hərbçisinin öldüyünü açıqladı

Ermənistan daha 2 hərbçisinin öldüyünü açıqladı

Ermənistan rəhbərliyi daha iki hərbçinin Azərbaycan ordusu tərəfindən məhv edildiyi barədə xəbər yayıb.

Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verir.

İrəvan etiraf edib ki, gün ərzində itkilərinin sayı 4-ə çatıb. Məlumata görə, kiçik serjant Qrişa Matevosyan və serjant Smbat Qabrielyan məhv edilib. Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan açıqlayıb.

Bir az əvvəl isə İrəvan daha iki hərbçinin – 28 yaşlı kapitan və 31 yaşlı mayorun Azərbaycan ordusunun sərrast atəşi nəticəsində öldürüldüyünü etiraf etmişdi.

Azərbaycan tərəfi isə bəyan edir ki, düşmənin itkisi 100-ə yaxındır.

Həmçinin oxuyun

“Zəfər” və “Qarabağ” ordenləri belə olacaq – Foto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və …