Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilərin atəşə tutduğu kənddə son vəziyyət

Ermənilərin atəşə tutduğu kənddə son vəziyyət

“Ermənistan silahlı qüvvələri Yuxarı Qiyaməddinli kəndini tez-tez atəşə tutur. Biz buna artıq vərdiş etmişik”

Bu barədə AzVision.az-a Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd icra nümayəndəsi Fikrəddin Qurbanov deyib. O bildirib ki, kənd dəfələrlə ermənilərin atəşinə məruz qalıb.
“Ermənilərin açdığı atəş nəticəsində mal-qara tələf olur, sakinlərə ziyan dəyir. İndiyədək kənddə 3-4 nəfər erməni gülləsinə tuş gəlib. Dünən də kənd sakini yaralanıb. Hazırda vəziyyət stabildir. Hər kəs təsərrüfat işi ilə məşğuldur”- deyə F.Qurbanov vurğulayıb.

Qeyd edək ki, dünən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Həmçinin oxuyun

Əlbəyaxa döyüşdə əsgərimiz erməni hərbçisini belə öldürdü – VİDEO

Azərbaycan əsgərinin əlbəyaxa döyüş  zamanı  erməni əsgərini məhv etməsinin görüntüsü yayılıb. Oxu24.com  xəbər  verir  ki,  …