Şənbə , Yanvar 29 2022
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilərin açdığı atəş nəticəsində “Azercell”in əməkdaşı yaralanıb – FOTOLAR

Ermənilərin açdığı atəş nəticəsində “Azercell”in əməkdaşı yaralanıb – FOTOLAR

Bu gün qanunsuz erməni silahlı qruplaşmaları Ağdamda “Azərcell” əməkdaşına atəş açıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hadisə bu gün Ağdamın işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində qeydə alınıb.

Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub.

Nəticədə o, qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Onun həyatı təhlükəsinin olmadığı bildirilib.

Həmçinin oxuyun

Əsgər Cavidan Məmmədli dəfn olunur – Foto

Həlak olan əsgər Cavidan Məmmədli ilə Şəki rayonunda vida mərasimi keçirilir. ” Azinforum.az ” xəbər verir …