Şənbə , Dekabr 5 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilər Şuşanı itirdiklərin etiraf etdi

Ermənilər Şuşanı itirdiklərin etiraf etdi

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan Azərbaycan Ordusunun Şuşa istiqamətində uğurlarını etiraf etmək məcburiyyətində qalıb.

A.Ovannisyan Şuşa ətrafında ağır döyüşlərin artıq 3 gündür davam etdiyini bildirib. O, Azərbaycan Ordusunun yeni qüvvələr cəlb etdiyini, bəzi mühüm mövqeləri ələ keçirdiyini deyib. O, Şuşada ağır məğlubiyyətə uğradıqlarını bu sözlərlə etiraf edib:

”Hər şeyə rəğmən, panikaya düşmək olmaz. Biz geri çəkilsək belə, gələcək qələbələr naminə döyüş qabiliyyətini qoruyub saxlamalıyıq”.

Qeyd edək ki, bundan öncə “Le Monde” erməni ordusunun Şuşa ətrafında darmadağın olduğunu yazıb. /Axar.az

Həmçinin oxuyun

“Ən çox itkilərimiz Cəbrayılda oldu” – Erməni əsgərdən etiraf

Ermənistan silahlı qüvvələrinin daha bir əsgəri 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan …