Çərşənbə , Noyabr 13 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilər sərhəd döyüş məntəqəsini atəşə tutub, bir əsgər yaralanıb

Ermənilər sərhəd döyüş məntəqəsini atəşə tutub, bir əsgər yaralanıb

Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yember­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub.

Dövlət Sərhəd Xidmətindən (DSX) APA-ya verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurul­ub.

Hadisə zamanı DSX-nın Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb.

Sər­hədçi əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilib və hazırda həyatı üçün təh­lükə yoxdur.

DSX-nın rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar verib.

Həmçinin oxuyun

Azərbaycan Hərbi Hava Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Hərbi Hava Qüvvələri (HHQ) qarşıya qoyulan tapşırıqları icra …