Bazar , Yanvar 17 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilər Qazaxı atəşə tutdu – Rəsmi

Ermənilər Qazaxı atəşə tutdu – Rəsmi

Ermənistan ordusunun bölmələri Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub.

APA-nın xəbərinə görə, yanvarın 20-də günorta saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib. Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab atəşi ilə düşmən susdurulub.

Müdafiə Nazirliyi faktı təsdiq edib.

Həmçinin oxuyun

Azərbaycanda dolların QARA BAZARI… – Necə yaranır, kimlər maraqlıdır…

Dünyada dolların kursu ilə bağlı vəziyyət son günlərdə dəyişməyə başlayıb.Belə ki, dolların məzənnəsində nisbətən bahalaşma …