Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilər Qazaxdakı yaşayış evlərini atəşə tutdu

Ermənilər Qazaxdakı yaşayış evlərini atəşə tutdu

Dünən saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş möv­qelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqa­mətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.

Həmçinin oxuyun

“Ordumuzun döyüş ruhu yüksək səviyyədədir” – Anar Eyvazov

Ötən müddət ərzində Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinin yerləşdiyi mövqeləri və …