Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilər geri çəkildi – RƏSMİ

Ermənilər geri çəkildi – RƏSMİ

Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib.

Bu haqda məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Xəbərdə bildirilir ki, qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir.

Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.

Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır.

Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb.

Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.

Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.

Həmçinin oxuyun

Azərbaycanda hərbi helikopter qəzaya uğradı – Ölənlər və yaralananlar var

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” …