Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilər Füzulidə qəbiristanlığa mərmi atıb – Şeyx Babı türbəsinə ciddi ziyan dəyib

Ermənilər Füzulidə qəbiristanlığa mərmi atıb – Şeyx Babı türbəsinə ciddi ziyan dəyib

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yenidən törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində düşmənin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb. 

Mədəniyyət Nazirliyindən Mia.az-a verilən məlumata görə, qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə ciddi ziyan dəyib.

Tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.

Həmçinin oxuyun

Şəhidlərin yeni siyahısı açıqlanıb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 …