Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilər bu kəndi niyə boşaldıb? – Video

Ermənilər bu kəndi niyə boşaldıb? – Video

Ermənistanın sərhəd kəndlərinin son illərdə düşdüyü acınacaqlı vəziyyət əhalinin kütləvi köçü ilə müşayiət olunur. 

“Qafqazinfo” xəbər verir ki, NaxçıvanTV  Culfa rayonunun Ləkətağ kəndi istiqamətində yerləşən Ermənistanın Arevis kəndinin görüntülərini yayıb. Xəbərdə bildirilir ki, Naxçıvanla  həmsərhəd olan kəndlər uzaqdan sanki xarabalığı xatırladır. Artıq bu kəndləri taleyin ümidinə buraxan Ermənistan hökuməti sanki onları biryolluq unudub.

Kəndin küçələrindəki cığırları ot basıb.  Yolların kələ-kötür, səliqəsiz  relyefi ümumiyyətlə, bura uzun illərdir insan ayağının dəymədiyini göstərir. Təmirsiz binalar, damları uçuq  evlər, suya həsrət qalan dağılmış bulaq, yarıuçuq tikililər  21-ci əsrdəki  erməni kəndlərinin real simasına çevrilib.

İnsansız küçələrdə arada gözə dəyən köhnə, nimdaş geyimli, kasıb  ermənilərin üzlərində isə miskinlik və çarəsizlik var. Cansıxıcı Arevis kəndinin ərazisində dağılmış evlərin sayı abad binalardan  dəfələrlə çoxdur.

 

Həmçinin oxuyun

Prezident: Kəlbəcər rayonunun bir hissəsi işğalçılardan azad edilib

“Bu gün hələ bir ay keçməyib, artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir …