Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəbhə Xəbərləri / “Ermənilər bizi o yüksəklikləri azad etməyə vadar edir” – Xəbərdarlıq

“Ermənilər bizi o yüksəklikləri azad etməyə vadar edir” – Xəbərdarlıq

Ermənistan ordusunun bölmələri işğal olunmuş Azərbaycan torpaqlarından əhaliyə atəş açmağa adət ediblər.

Bunu Azərtaca-a açıqlamasında ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə Ağcabədi rayonunda Ermənistan silahlı bölmələrinin dinc sakinləri atəşə tutmasına və Hacıyev Rahim Azər oğluna xəsarət yetirmələrinə münasibət bildirərkən deyib.

Əzizağa Qəni-zadə bildirib ki, bunu özləri üçün hünər hesab edən ermənilər aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Rahim Hacıyevi əkin sahəsində olarkən odlu silahla yaralayıblar: “Bu onların öncədən düşünülmüş planlarını bir daha təsdiqləyir və bizi bu halların qarşısını almağa, silahsız sakinlərə qarşı atəş açdıqları adsız yüksəklikləri azad etməyə vadar edirlər. Ermənilərin bu vəhşi əməlləri onlara baha başa gələcək və bu dəfə Silahlı Qüvvələrimiz heç bir güzəştə getməyəcək”.

Həmçinin oxuyun

Azərbaycan əsgəri minaya düşərək şəhid olub – FOTO

Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb. “Report”un xəbərinə görə, hərbi qulluqçu Cavadov Rəşad Fərzəli …