Cümə axşamı , May 23 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilər atəşkəs rejimini 93 dəfə pozub

Ermənilər atəşkəs rejimini 93 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 93 dəfə pozub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Kəngərli, Seyidli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Müdafiə nazirindən Azərbaycan Ordusuna tapşırıq – VİDEO

Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhəboyu zonada olan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər …