Şənbə , Noyabr 28 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Erməni təxribatı zamanı 76 yaşlı mülki şəxs vəfat etdi

Erməni təxribatı zamanı 76 yaşlı mülki şəxs vəfat etdi

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub. 

“Qafqazinfo” xəbər verir ki, həmin şəxs Tovuz rayonunun Ağdam kənd sakini 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğludur. 

Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür.

Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nıticəsində mülki vıtəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub.

Beynəlxalq ictimaiyyət, ATƏT MQ həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınamalıdırlar.

Həmçinin oxuyun

“Zəfər” və “Qarabağ” ordenləri belə olacaq – Foto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və …