Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Erməni rəsmisi Azərbaycan dronlarından danışdı: “Qarşısıalınmazdır…”

Erməni rəsmisi Azərbaycan dronlarından danışdı: “Qarşısıalınmazdır…”

“Etiraf edək ki, Ermənistanın qırıcı aviasiyası heç vaxt olmayıb. Pilotların belə yeni texnologiyaya yiyələnməsi, müasir silahdan istifadə edə bilməsi üçün zaman lazımdır. Bundan ötrü ən azı illər gərəkdir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan deyib. Ölkəsinin Rusiyadan aldığı Su-30-lar haqda danışan nazirlik sözçüsü Azərbaycan Ordusunun ən müasir döyüş texnikası və silahlardan istifadə etdiyini qeyd edib: “Anlamaq lazımdır ki, biz uzun illər ərzində Azərbaycandan hərbi xərclərdə çox geri qalmışıq. Onlar çoxlu pul xərcləyiblər, biz isə çox az. Beləliklə, bugünkü problemin səbəbi çoxillik prosesin nəticəsidir”.

O, Azərbaycan PUA-larının Ermənistan ordusunu darmadağın etməsinə də diqqət çəkib və bildirib ki, aviasiya və HHM üçün daha əvvəldən düşünmək lazım idi. Onun sözlərinə görə, Azərbaycanın Ermənistan ordusunu darmadağın edən PUA-ları hazırda qarşısıalınmazdır: “Düşmən dronlarının tam ram edilməsi hələ dünyanın heç bir ordusuna nəsib olmayıb. Kiçik ölçülü və çoxsaylı PUA onunla mübarizə aparmaq imkanını qat-qat azaldır. Hətta onlarla HHM sistemi ilə müdafiə olunan müasir ordular belə PUA hücumunun öhdəsindən gələ bilmir”.

Həmçinin oxuyun

PKK Qarabağda ermənilərlə birgə döyüşdüyünü etiraf etdi

PKK terror təşkilatı Ermənistan tərəfindən Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşdüyünü etiraf edib. Bu barədə Türkiyənin …