Çərşənbə , İyun 16 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Düşmənin SU-25 döyüş təyyarəsi necə məhv edildi? – General detalları açıqladı

Düşmənin SU-25 döyüş təyyarəsi necə məhv edildi? – General detalları açıqladı

“Döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad ediblər”.
Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.
“Sərhədçilər 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv edib, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı sancıb, qızğın döyüşlər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad ediblər. Bu yüksəkliklərin azad edilməsi uğrunda döyüşlər zamanı bölmələrimizin üzərinə havadan həmlə edən SU-25 düşmən təyyarəsinin atıcı silahlardan açılan atəşlə məhv edilməsi də hərb tariximizə həkk olunub.
AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi modernləşdirilərək müasir döyüş elementləri sırasına əlavə edilməsi və xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin və digər strateji hədəflərinin aşkarlanaraq məhv edilməsinə nail olunub”, – o bildirib.

Həmçinin oxuyun

Laçında tutulan erməni hərbçi Ermənistana qaytarıldı – RƏSMİ

Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu …