Şənbə , Dekabr 5 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Düşmənin hücum cəhdlərinin qarşısı alındı

Düşmənin hücum cəhdlərinin qarşısı alındı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Həmçinin oxuyun

“Ən çox itkilərimiz Cəbrayılda oldu” – Erməni əsgərdən etiraf

Ermənistan silahlı qüvvələrinin daha bir əsgəri 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan …