Şənbə , Noyabr 16 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan ATƏŞƏ TUTDU

Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan ATƏŞƏ TUTDU

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Azərbaycan Hərbi Hava Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Hərbi Hava Qüvvələri (HHQ) qarşıya qoyulan tapşırıqları icra …