Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Düşmən atəşkəsi yenidən pozub

Düşmən atəşkəsi yenidən pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 18 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəyrayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. 

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. 

Həmçinin oxuyun

Aprel döyüşlərində bu hadisədən şoka düşdük – VİDEO

Aprel döyüşləri zamanı Ermənistan ordusunda vəziyyətin aclnacaqlı olmasının bir daha şahidi olduq. Bunu Müdafiə Nazirliyinin …