Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Düşmən atəşkəsi 25 dəfə pozub

Düşmən atəşkəsi 25 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Azinforum.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Göyəli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. 

Ağdam rayonunun işğal altında olan Sarıcalı, Acarlı, Füzuli rayonunun Qobu Dilağarda, Qorqan kəndləri yaxınlığında, həmçinin GoranboyTərtərAğdam və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. 

Həmçinin oxuyun

Aprel döyüşlərində bu hadisədən şoka düşdük – VİDEO

Aprel döyüşləri zamanı Ermənistan ordusunda vəziyyətin aclnacaqlı olmasının bir daha şahidi olduq. Bunu Müdafiə Nazirliyinin …