Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Düşmən atəşkəsi 23 dəfə pozub

Düşmən atəşkəsi 23 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Sarıcalı, Acarlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Deputat Naira Zohrabyandan şok etiraf: “Müharibədə ölən ermənilərin sayı 5 min nəfərdən çoxdur”

“İkinci Qarabağ Müharibəsində ölən ermənilərin sayı 5000-dən çoxdur”. Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu …