Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Düşmən atəşkəs rejimini 91 dəfə pozub

Düşmən atəşkəs rejimini 91 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.
Müdafiə Nazirliyi xəbər verir ki, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminin görüntüləri yayılıb – VİDEO

Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminin görüntülərini yayıb. Bu barədə Müdafiə Nazirliyinə istinadən …