Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Düşmən atəşkəs rejimini 21 dəfə pozub

Düşmən atəşkəs rejimini 21 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. 

Həmçinin oxuyun

Cəbhədə düşmənin hücum cəhdinin qarşısı alındı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində …