Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Düşmənə məxsus PUA vuruldu, döyüş heyəti məhv edildi

Düşmənə məxsus PUA vuruldu, döyüş heyəti məhv edildi

Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə V.Dərgahlı deyib ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır, heç bir itki yoxdur.

Həmçinin oxuyun

Xudafərin körpüsünün işğaldan azad olunmasından 1 il ötür

Bu gün – oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan …