Çərşənbə , Avqust 5 2020
Ana səhifə / Cəbhə Xəbərləri / “Düşmənə artıqlaması ilə cavab verilib, etiraf edəcəklər” – Nazir

“Düşmənə artıqlaması ilə cavab verilib, etiraf edəcəklər” – Nazir

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın azərbaycanlı əsgərin öldürülməsi əmrini verməsinə münasibət bildirib. 

Müdafiə naziri bildirib ki, Tonoyanın bəyanatı ucuz siyasi xal toplamaq üçündür:”Onların orduları çox zəifdir və çalışırlar ki, bu cür yollarla ucuz siyasi xal toplasınlar. Mən onun səviyyəsinə düşmək istəmirəm, o yalan danışır, özünü nümayiş etdirir. Onlar cavablarını bir neçə qat artıq aldılar. Üstündən bir neçə gün keçəndən sonra etiraf edəcəklər” 

Nazir qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münqaqişəsini sülh yolu ilə həll etməyə çalışır: “Ancaq bu, olmasa, biz digər yola əl atacağıq”. 

Həmçinin oxuyun

Mövqelərimiz pulemyotlardan atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs …