Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Düşmə atəşkəs rejimini 23 dəfə pozulub

Düşmə atəşkəs rejimini 23 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Azinforum.az -ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Mərzili, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Qarabağda daha 30 erməni hərbçisinin meyiti tapılıb

Qarabağda axtarış işləri zamanı Azərbaycan erməni tərəfinə 30 hərbçinin qalıqlarını təqdim edib.  Virtualaz.org erməni KİV-inə …