Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Dövlət Xidməti: Orduya könüllü getmək istəyənlərin sayı 46 mini ötüb

Dövlət Xidməti: Orduya könüllü getmək istəyənlərin sayı 46 mini ötüb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri davam edir.
Bu barədə Dövlət Xidmətindən məlumat verilib. 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına səs verən 46 mindən çox vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Həmçinin oxuyun

Ermənistanın muzdlu döyüşçülər siyasəti: iflasa uğrayan plan – Azərbaycanın qazandığı nəticələr…

Ermənistan terrorçuları “erməni ailələri” adı altında Qarabağa hansı məqsədlə daşıdı? 44 günlük müharibə zamanı Ermənistanın …