Ana səhifə / Cəbhə Xəbərləri / “Dil pəhləvanları”nın seks turizmi 

“Dil pəhləvanları”nın seks turizmi 

Son dövrlər hər məsələdə olduğu kimi, ərəb turistlərin ölkəmizə axışması mövzusunda da ictimai-siyasi fəallar iki tirəyə ayrılıb və bir-birindən çox uzaq qütblərdədirlər.

Ən qəribəsi odur ki, sosial şəbəkələrdə açıqlanmaqda davam edən rəylərə, şərhlərə izləyərkən hər iki tərəf tam olmasa da, xeyli dərəcədə haqlı görünür.

Məsələn, ərəb turistlərin bu ölkəyə sırf seks turizminə gəldiklərini, sonradan öz ölkələrinə qayıdıb ölkəmizin reputasiyasını yerlə bir etdklərini, başqa seks manyaklarını Bakıya gəlməyə təşviq etdiklərini söyləyənlər çox haqlıdır.

Onlar istəmirlər ki, ölkəmizin adı cənub-şərqi Asiyanın, eləcə də dünyanın əyləncə, eyş-işrət paytaxtı kimi adçıxarmış Tailandın adıyla yanaşı çəkilsin, hətta ölkəmizə “Qafqazın Taylandı” adı qoyulsun.

Yəqin ki, bunu heç kəs istəməz. Çünki bu durum ölkəmizdə yaşayan hərbir şəxsin, hər bir ailənin maraq və dəyərlərinə ziddir.

Jurnalist həmkarlarımızdan biri öz təəsüratını, müşahidəsini yazaraq qeyd etmişdi ki, artıq ərəblər Azərbaycanın adı çəkiləndə onu “fahişələr ölkəsi” adlandırır və qeyd edirlər ki, guya bu ölkədə qız uşağıdoğulanda atalar sevinir ki, 14-15 ildən sonra həmin qız fahişəlik edərək ailəni dolandırcaq.

Əlbəttə ki, bu kökündən yanlış bir qənaətdir və başı axmaq-axmaq fikirlərlə dolu, geridə qalmış, cahil ərəblərin beyin ifrazatıdır.

Seks düşkünü olan bu ibtidai varlqlar ağızları sulana-sulana dünyanı gəzməkdə, əslində isə Don Juandan daha çox, “dil pəhləvanı” olduqlarını dünyaya göstərməkdədirlər. Belə edirlər ki, dünyada onlardan razıqalan ikinci bir qövm yoxdur. Ərəblərə dünyanın ən sevilməz xalqı statusunu qazandıranlar bir terrorçulardır, bir də bu seks manyakları.

Eyni zamanda ölkə turizminin inkişafı üçün ölkəyə hansı niyyətlə gəlməsindən asılı olmayaraq, bütün turistlərə qapıların açıq saxlanmasını məqsədəuyğun hesab edənlər də haqlıdır.

Müasir dünyada dövlət dolandırmaq, iqtisadiinkişafa nail olmaq çox çətindir. Onun yollarından biri də beynəlxalq turizmin inkişafıdır. Seks manyakları gəlib burada 150-200 küçə qadınının dalınca sümsünəcək deyə ölkənin iaşə, xidmət, ticarət, nəqliyyat sektoruna axan xarici valyutadan imtina etmək olmaz.

Bu xüsusda ölkənin reputasiyası ilə dövlətin iqtisadi mənafeyi toqquşur.

Onların hər ikisi mühümdür. Heç birindən vaz keçmək, birinə önəm verib, digərini gözardı etmək olmaz.

Bu, çoxdan bəlli məsələdir ki,istənilən ölkədə fahişələr kontingenti var və onlar irqi, milli, siyasi ayrı-seçkilik etmədən hər arzu edənə xidmət göstərirlər. Ərəblər olmasa da, o qadınlar pakistanlıya, indusa, xorvata xidmət edəcəklər. Ölkəyə heç bir əcnəbi gəlməsə də, onlar boş durmayacaqlar, yaxşı bacardıqları yeganə peşə ilə özlərini, ailələrini dolandırmağa çalışacaqlar.

Onları ram və yox etmək mümkün deyil. Sadəcə, hakimiyyət ona çalışmalıdır ki, onların sayı artmasın,bu yola düşənlər kütləviləşməsin. Bunun da yolları var, amma bu yazının mövzusu deyil. Qısaca onu demək olar ki, insanların həyat şəraiti yaxşılaşsa, iş yeri tapmaq asanlaşsa, məcburiyyət üzündən bədən alverinə qoşulanların sayı artmaz.

Bir də bu durumdan narazı qalaraq bunu milli faciəyə çevirmək, “millətin namusu əldən getdi” ritorikası ilə qızışdırıcı fikirlər yaymaq yolverilməzdir. 150-200 (lap olsun 500) qadının seks industriyasındakı fəaliyyəti ilə “millətin namusu” ləkələnmir. İnsanlar onların qeyrətini çəkməyəborclu deyil, hər kəs öz ailəsinə cavabdehdir. Sabah kimsə “millət namusu” üstündə gedib şəhərin mərkəzindəhansısa bir ərəbi vurub öldürsə, bəlkə də sosial şəbəkədə onu qəhrəman elan edəcək. Bir neçə günlük qəhrəmanlıq öygüsünün, təntənəsinin ardından həmin şəxs unuduacaq və onu qəsdən adam öldürmə maddəsi ilə imühakiməedib ağırcəza kəsəcəklər.

Uzun sözün kəsəsi, bu məsələdə qızıl ortanı tapmaq lazımdır. Gürcülər həmin şeyi tapıblar. Bizdən əvvəl ərəblər Gürcüstana daraşmışdılar. Hələ də oraya axışırlar, ancaq ora daha çox ailə ilə gedənlər gəlir, yanıqlar isə buraya axışır. Elə etmək lazımdır ki, nəölkəmizəgələn turist sayı azalmasın, nə də “dil pəhləvanları” burdan gedəndən sonra ölkəmiz haqda heyvərə-heyvərə danışmasınlar.

Xalid Kazımlı

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …

Bir cavab yazın