Ana səhifə / Cəbhə Xəbərləri / Daş atanlar, siz xalqımı hədəf seçmisiz? – Şəmsəddin Əliyev

Daş atanlar, siz xalqımı hədəf seçmisiz? – Şəmsəddin Əliyev

Xalqın səsi,
Allahın səsidir.

Son illərdə populyarlıq xəstəliyinə tutulan bəzi şəxslər hər şeyi, hətta müqəddəs dəyərləri belə ayaq altına salıb tapdalamaqdan çəkinmirlər. Belələrinin amalı – xalqın məhəbbət bəslədiyi, qütb ulduzuna çevirdiyi yaradıcı, poetik təxəyyüllü şəxsiyyətlərin öz əli ilə ucaltdıqları abidəni uçurmaq, bu mümükün olmayanda, həmin abidənin üzərində dayandığı postamenti – milyonların ehtiramını qırıb dağıtmaqdır. Böyük şəxsiyyətlərin xatirəsi qaya timsallıdır. Onlara atılan daş qayaya dəyib, yalnız səs çıxara bilir. Bəzən o səslər heç eşidilməz olur. Qaya kiçik bir zərbədən parçalansaydı, onda qaya olmazdı ki, qum tərəsi olardı. Belə şəxslərin məqsədi yaradıcı insanın uca zirvəsinin yamacına dırmaşa bilməsə də, qeyri etik əməllərinin bir qrup əhali kütləsi tərəfindən sevinclə qəbul etməsindən ibarətdir. Bu cür eybəcərliklərdən həzz alanlar da var, onlar ümumi rəyin əleyhinə çıxmaqla , ümumi ovqata bir qədər zəhər qatmaları ilə öyünürlər. İnsan cılız təbiətinə və hisslərinə uyğun hərəkət edirsə, ondan xeyirxahlıq gözləməyə dəyməz.
Bir qədər əvvələ qayıdaq – Azərbaycan poeziyasının ağsaqqal şairi Füzuli, Şeyx Nizami, Səməd Vurğun, hətta usanmadan Allahın Rəsuluna rişxənd edənlər olub, indi də türk dünyasının həmişəyaşar istiqlal şairi Bəxtiyar Vahabzadəyə olan iyrənc həmlələrə cəhd edilir. Ona hucum xalqın mənəvi varlığına edilən qəsd xarakteri daşıyır.
Bir neçə gün öncə İran Parlamentində azərbaycanlı deputat öz millətinin ümdə problemlərini qabardaraq, ana dilimizdə təhsil almağa imkan yaradılmasını tələb etdikdə, qürurla Səməd Vurğunun “Azərbaycan” şeirini söylədi. Onu şairin zəngin odasına müraciət etməsi eyni zamanda böhtançılara da barmaq silkələməsi təsiri bağışladı.
Bu günlərdə isə milli ideologiyanın oyanışında əvəzsiz xidmətləri olan, poeziyaya təkcə emosionallıq deyil, həm də ağır vəznli fikir, düşüncə, fəlsəfi hissi gətirən xalq, istiqlal şairi, Bəxtiyar Vahabzadənin ruhuna qamış oxlar atəşinə başlanmışdır. Bu qamış oxlar zəif olduğundan hədəfə çatmamış sınıb dağılır. Guya ulu şairin poeziyası cəmiyyətə və xalqa deyil, şəxsi maraqlara xidmət edib. Bu olduqca bəsit yanaşma olub, müəllifin “ittiham” xatirinə şairə qarşı iftiraya əl atmasını göstərir.
Bəziləri görkəmli adamlarla ani təmasda olduqlarını şişirdib, ona qara yaxmaq üçün bu ünsiyyətdən istifadə etməkdən də utanmırlar.
Belələri Çexovun, faytonun atının ayaqları altına düşən, bu hadisə ilə əlaqədar qəzetdə adının çəkilməsi ilə öyünən qəhrəmanına bənzəyirlər. Belə “məşhur”laşmağa görə yalnız şüurunda qüsur olan adam öyünə bilər. Xalq öz seçimində heç vaxt səhv etməyib, onun yetişdirdiyi istedadlara həmişə yüksək hörmət olmuşdur. Bu məsələdə televiziya kanallarının və ya mətbuat nümayəndələrinin arbitr rolunda çıxış etməsinin, xalqın bədii zövqündə cərrahiyə əməliyyatı aparmasının da əleyhinəyəm. Mərhum böyük şairlər xalqın könlündə yaratdığı müqəddəs panteonda uyuyurlar. Onları hədəf seçənlər əslində ruhlara qarşı qətlə cəhd edirlər. Xalqın iradəsinə zidd, təcavüzə bulunurlar. Burada söhbət heç də fiziki məhvdən getmir.

Qətl ən ağır cinayət hesab olunur. Xalqın mənəvi xəzinəsindəki ən qiymətli incilərə – onun iftixar mənbəyi olan yazıçılara qarşı hücumlar sui-qəsd hesab edilməlidir. Yaddaşlarda və qəlblərdə yaşayan şəxslərin xatirəsini hədəf seçənlər öz mənəviyyatlarının “alt paltarlarını” sanki nümayiş etdirməklə öyünürlər. Onlar xalqın ruhunu oxşayan poeziya sahiblərinə daş atmaqla əslində Allaha qarşı çıxır, günaha batırlar. Axı, xalqın səsi -Allahın səsidir.
Bəxtiyar müəllim sağ olsaydı, yəqin ki, kimsənin ona rişxənd etməyə, söz güləşdirməyə cəsarəti çatmazdı. Haqq dünyasında olan, “evimizdə çörək yeyən” şairin ünvanına niyə indi sapandla daş atırlar? Dediyim kimi, cəsarət lazım idi. İndi hərəkətlərinə cavab verə bilməyən istənilən kəs bu sayaq davrana bilər. “Ot kökü üstə bitər” zərb məsəlinə uyğun tərzdə Azər qardaşımın cavabı da oxucuları artıq sakitləşdirmişdir. Əlavə müzakirəyə lüzum görmürəm.
Sərhədləri itirməklə hər şeyi itirmək olar. Adətən şairlərin yaşamağı fərqli olur. Onlar öləndən sonra yaşayırlar. Biz yatarkən onlar masa arxasında səhərə qədər çalışırlar. Ulu şairin, dünyasını dəyişən bütün yazıçı və şairlərin ruhları şad olsun. Amin!

Azinforum.az

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …

Bir cavab yazın