Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Daha bir hərbçimizin şəhid xəbəri gəldi – FOTO

Daha bir hərbçimizin şəhid xəbəri gəldi – FOTO

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.


Bu barədə şəhidin qardaşı məlumat verib.


Göygöl rayonu, Murovdağ qəsəbə sakini MAHHXQ 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun Murovdağ istiqamətində nəşi tapılıb.

Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Verdiyev Eldəniz Rabil oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Allah rəhmət eləsin!

APA 

Həmçinin oxuyun

Laçında tutulan erməni hərbçi Ermənistana qaytarıldı – RƏSMİ

Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu …