Çərşənbə , İyun 19 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Daha bir hərbçimiz şəhid oldu

Daha bir hərbçimiz şəhid oldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Azinforum.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Xatırladaq ki, mayın 30-da erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun mayoru Aqil Akif oğlu Ömərov həlak olmuşdu.

Həmçinin oxuyun

Zakir Həsənov: “Hər bir zabit Vətənə sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir”

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bu təhsil ocağının, …