Bazar , Oktyabr 20 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Cəbhənin Ağdam istiqamətində düşmən əsgəri öldü

Cəbhənin Ağdam istiqamətində düşmən əsgəri öldü

Bu  gün mayın 20-də saat 11.00 radələrində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində-Ağdam istiqamətində düşmən silahlı qüvvələrinin bir əsgəri ölümcül güllə yarası alıb. Qondarma “dqr müdafiə nazirliyinin” yaydığı məlumata görə 1999-cu ildə anadan olmuş əsgər Hamlet Qriqoryan “hələlik aydınlaşdırılmayan şəraitdə” ölümcül güllə yarası alıb. İnsidentlə bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəşlə Naxçıvan istiqamətində Azərbaycan ordusunun bir əsgəri şəhid olub. Azərbaycan Müdafiə Nazirliyi şəhidin qisasının tezliklə alınacağını bildirib.Virtualaz.org

Həmçinin oxuyun

Ermənilər atəşkəsi snayperlərlə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs …