Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Cəbhədəki son durum haqda – İnfoqrafika

Cəbhədəki son durum haqda – İnfoqrafika

Türkiyənin Anadolu agentliyi Azərbaycan Ordusunun cəbhədə yaratdığı dönüş vəziyyəti ilə bağlı mükəmməl infoqrafika hazırlayıb.

İnfoqrafikada işğalçı Ermənistanın hərbi təxribatları nəticəsində sentyabrın 27-dən cəbhədə yaranmış qarşıdurmanın oktyabrın 22-dək olan statistikası xəritə üstündə əksini tapıb. 

Oxucuya məlumat verilir ki, ötən dövrdə müzəffər Azərbaycan Ordusu 117 yaşayış məskənini düşmən tapdağından azad edib. Prezident İlham Əliyevin oktyabrın 22-də sosial şəbəkə hesabında açıqladığı 20 kənd və bir qəsəbənin azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin tam şəkildə nəzarətə alınması barədə məlumat, həmçinin həmin yaşayış məskənlərinin adları infoqrafikada əksini tapıb. /Azərtac

Cəbhədəki son durum haqda - İnfoqrafika

Həmçinin oxuyun

“Erməni hərbçilər bir-birini vurublar” – MN

Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya atəş səslərinin müşahidə edilməsi və döyüşlərin getməsi barədə …