Bazar ertəsi , Oktyabr 19 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Cəbhəboyu döyüş atışları – Zakir Həsənov yoxlama apardı + FOTOLAR

Cəbhəboyu döyüş atışları – Zakir Həsənov yoxlama apardı + FOTOLAR

Komanda-qərargah hərb oyunları çərçivəsində cəbhəboyu zonada yerləşən müxtəlif təlim poliqonlarında qoşunların praktiki fəaliyyəti yoxlanılaraq döyüş atışları icra edilib.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ssenariyə əsasən bir neçə hissədə yerinə yetirilən təlimlərin əsas mərhələsində hücum əməliyyatları zamanı qoşunların qarşılıqlı əlaqəsi, hərtərəfli təminatı, idarəetmənin təşkili və digər taktiki fəaliyyətlər yerinə yetirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov komanda-qərargah hərb oyunlarına cəlb edilən şəxsi heyətin peşəkarlığını və qarşıya qoyulan bütün tapşırıqların müvəffəqiyyətlə icra edilməsini yüksək qiymətləndirib.

Həmçinin oxuyun

Azərbaycan Ordusunun işğaldan azad etdiyi yaşayış məntəqələrinin sayı 75-ə çatdı

Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən genişmiqyaslı əks hücuma keçərək Ermənistanın işğal altında saxladığı bir çox …