Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Bu gecə düşmənə ciddi zərbələr vurulub

Bu gecə düşmənə ciddi zərbələr vurulub

Noyabrın 8-si gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb.

Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Həmçinin oxuyun

PKK Qarabağda ermənilərlə birgə döyüşdüyünü etiraf etdi

PKK terror təşkilatı Ermənistan tərəfindən Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşdüyünü etiraf edib. Bu barədə Türkiyənin …