Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəbhə Xəbərləri / “Biz nə üçün dəyəri 10 min olan avtomobil üçün 20 minlik sursat işlətməliyik?” – EKSPERT

“Biz nə üçün dəyəri 10 min olan avtomobil üçün 20 minlik sursat işlətməliyik?” – EKSPERT

Xəbər verdiyimiz kimi, mediada separatçıların “müdafiə naziri” Cəlal Arutyunyanın zərərsizləşdirilməsi ilə bağlı görüntülər yayılıb. Görüntülərdə qondarma qurumun qondarma nazirinin avtomobilinə zərbənin endirildiyi, avtomobilin məlum zərbədən sonra alovlandığı əks olunur.

Sözügedən görüntülərdə diqqət çəkən məqamlardan biri də vurulan avtomobilin bir müddət öz hərəkətini davam etdirməsidir.

Maraqlıdır, avtomobilin vurulandan sonra da öz hərəkətini bir müddət davam etdirməsi nə ilə bağlıdır? Zirehli texnikaları qarşı belə effektiv olan analoji raket zərbəsinin adi avtomobildə daha böyük dağıntılarla səbəb olması gözlənilən deyildimi?

Moderator.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib. Ekspert hər hansı hədəfin məhvində nəzərə alınan incə nüanslara diqqət çəkib:

“Hər bir hədəfin öz parametrlərinə uyğun ona qarşı tətbiq ediləcək silah sistemi seçilir. Əgər məhv ediləcək hədəfin zirehi, onun qabaritləri nəzərə alınır. Avtomobilin vurulandan sonra hərəkət etməkdə davam etməsi normal bir şeydir. Çünki maşının getdiyi istiqamətdə yol yoxuş deyil. Enişə doğru gedən bir yoldur. Maşının sürəti də kifayət qədər yüksəkdir. Digər maşınların yanından sürətlə ötüb keçməsi də bunu sübut edir. Inersiya deyilən bir şey var. Maşın vurulsa da, onun təkərləri üzərindədir. Sürət də nəzərə alınarsa, onun bir müddət hərəkət etməsi normaldır.

Ermənistan tərəfi maşının içindəki şəxsin sağ qaldığını bildirir. Amma onun  içindən kiminsə yüngül yaralı vəziyyətdə xilas olması mümkün deyil. Gördüyünüz kimi, digər maşınlar vurulan avtomobilə doğru hərəkət etsə də, maşının hər iki pəncərəsi yandığı üçün ona yaxın gedə bilmirlər. Ona görə də oradan kiminsə yüngül yaralı vəziyyətdə çıxması mümkün deyil.

Zərbə üçün gərəkli raketin seçilməsinə gəlincə, hər bir hədəfə uyğun optimal variant seçilir. Biz nə üçün dəyəri 10 min manat olan avtomobil üçün 20 min manatlıq sursat işlətməliyik? Biz ən optimal variantı seçməliyik. Bu, elə variant olmalıdır ki, həm  hədəf məhv edilsin, həm də gərək olduğundan artıq vəsait xərcləməyək. Çünki hər bir raketin, mərminin gücü artdıqca, onun dəyəri də artır”.

Həmçinin oxuyun

PKK Qarabağda ermənilərlə birgə döyüşdüyünü etiraf etdi

PKK terror təşkilatı Ermənistan tərəfindən Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşdüyünü etiraf edib. Bu barədə Türkiyənin …