Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Hətta uşaqpulunu mənimsəməkdən çəkinmirlər – Tahir ABBASLI

Hətta uşaqpulunu mənimsəməkdən çəkinmirlər – Tahir ABBASLI

Nübar Abbaslının bir illik uşaqpulu bank işçilərinin güdazına gedib Azərbaycanda bankların əhalini soymaqla, talamaqla məşğul olduğunu bilməyən yoxdur. Cahangir Hacıyevin əvvəl rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Bankı isə bu sahədə ön cərgədə gedir desək, qətiyyən yanılmarıq. Bu bank ətrafında baş verən biabırçı hadisələr nəinki bank işçilərini, hətta ölkəni dünyada rüsvay edib. Azərbaycan Beynəlxalq Bankında baş verən iyrənc hadisələr ölkəmiz haqqında mənfi rəyin formalaşmasına səbəb olub. Azərbaycan Beynəlxalq Bankından milyardlarla pul kredit götürüb, həmin pulları ödəməyən şəxslərin böyük əksəriyyətinin Cahangir Hacıyevə yaxın olmaları təsdiq etdi ki, pulu zamanında ödəməyənlər məhz bankın şefinə arxayın olduqlarına görə pulu ödəməkdən yayınıblar.

Baş verən son olaylar isə sübut etdi ki, Beynəlxalq Bankda yaranmış “bezpredel”in günahkarı da, səbəbkarı da elə bankın keçmiş şefi Cahangir Hacıyevin özüdür!.. Sözün qısası, vətəndaşlardan daxil olan şikayətlər də Azərbaycan banklarında baş verən soyğunçuluq əməliyyatının ən fəal iştirakçılarından birinin də, Cahangir Hacıyevin Beynəlxalq bankındakı kreslosuna təzəcə əyləşən Fərid Axundov olduğu bildirilir. Çünki bu şəxs vətəndaşları qəbul edib, şikayətini belə dinləmək istəmir. Bu fikirin təsdiqi redaksiyamıza şikayət edən gənc xanımın müraciətində Beynəlxalq Bankda ona məxsus uşaqpulun mənimsənilməsinin qısa tarixçəsində şərh olunur. Nübar Abbaslı Nəriman qızı şikayət məktubunda yazır:

“Hörmətli redaksiya, bir il idi ki, mənə çatacaq uşaqpulunu Beynəlxalq bankda saxlayırdım. Bu ilin iyun ayının 9-da, saat 14-30 radələrində Xudu Məmmədov 13 ünvanında yerləşən Beynəlxalq Banka məxsus bankomatdan pulumu çəkmək istədim. Kartımı bankomata daxil etdim, 430 manat pulu çəkmək üçün əməliyyat keçirdim. Bankomatın ekranında bu məbləğdə vəsaitin olimadığı barədə məlumat işıqlandı. Mən də kartımı çıxardım və bankomatdan uzaqlaşdım. 10 dəqiqə sonra insanların həmin bankomatdan pul çəkdiklərini gördüm və oraya yaxınlaşıb kartımı yenidən bankomata daxil etdim. Bu zaman hesabımda olan pulun silindiyini gördüm. İyun ayının 10-da bu problemlə bağlı Beynəlxalq Bankın Z. Tağıyev 3 ünvanında yerləşən mərkəzi filialına yazılı müraciət etdim. Bundan bir həftə sonra, Beynəlxalq Bankın mərkəzi filialının Sevda Bağırzadə və Ülkər adlı əməkdəşları zəng edərək, soyadımla bağlı banka gələrək kartımın dəyşdirməsinin vacibliyin bildirdilər. Səbəbini soruşanda, bunu ailə qurub soyadımı dəyişdiməyimlə əlaqələndirdilər. Təzə bankomat kartı mənə yeni soyadımla verildi. Soruşdum ki, köhnə kartla əməliyyat zamanı yoxa çıxan 430 manat pulun aqibəti necə olacaq, həmin pul itməyəcək ki? Cavab verdilər ki, narahat olmayın, hər şey qaydasında olacaq. Lakin yeni bankomat kartını alıb bankomata saldıqda, kartda bir manat da olsun belə, pul olmadığını müəyyən etdim. Hörmətli redaksiya, bu hadisə ilə əlaqədar Beynəlxalq Bankın rəhbərliyinə, mətbuat xidmətinə və ərazi üzrə polis bölməsinə müraciət etsəm də, mənim pulumun kim tərəfindən götürüldüyünü müəyyən edib, pulumu geri qaytarmaq istəmirlər və müxtəlif bəhanələrlə məni başlarında edib, işin üstünü ört – basdır edirlər. Komissiya yaradıb mənim iştirakımla pulu çıxaran şəxsin kimliyini müəyyən etməkdən yayınırlar.

Bank rəhbərliyinin bu cür şübhəli hərəkətləri pulumun bank əməkdaşları tərəfindən mənimsənilməsini deməyə tam əsas verir. Sizdən xahiş edirəm, mənim şikayət ərizəmi qəzetinizdə dərc edib, pulumu mənimsəyənləri himayə edən Beynəlxalq Bankın məsuliyyətsiz rəhbərliyinin hərəkətlərini ifşa edəsiniz və bu olayı ölkə rəhbərliyinə, digər əlaqədar dövlət orqanlarının rəhbərlərinə çatdırmaqla, haqqımı müdafiə edəsiniz!” Bəli, bir vətəndaşın şikayət məktubunda, əslində Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinin bütün çirkinliklərinin nədən ibarət olduğu aydın ifadə olunur. Biz şikayət məktubunu dərc edib, borcumuzdan çıxdıq, növbə dövlətin, hökumətin və hüquq – mühafizə orqanlarınındır! Söhbət dünyaya vətəndaş gətirmiş gənc ananın oğurlanmış haqqının bərpasından gedirsə, buna heç kim biganə qalmamalıdır.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın