Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Cəbhə Xəbərləri / BAKIDA ƏSGƏR MƏZARLIĞI SALINIR! – Müdafiə naziri təsdiq etdi…

BAKIDA ƏSGƏR MƏZARLIĞI SALINIR! – Müdafiə naziri təsdiq etdi…

Bakıda, İkinci Fəxri Xiyabanın yaxınlığında yeni şəhidlər xiyabanının salınması barədə məsələyə aydınlıq gətirilib.

Qeyd edək ki, ərazidə sıra ilə məzarların salınmasını əks etdirən videogörüntülər yayıldıqdan sonra bu, sosial şəbəkələrdə müharibəyə hazırlıq kimi qiymətləndirilmişdi.

Müdafiə naziri Zakir Həsənov Real TV-yə müsahibəsində bu barədə də sualı cavablandırıb. Nazir, sözügedən ərazidə əsgər məzarlığının salındığını təsdiq edib.

“Hardasa, 60-70-ci illərdən həmin ərazidə Sovet hərbi donanmasının bir anbarı var idi. Bu əraziyə istifadədən çıxmış avadanlıqlar yığılmışdı. Ora lazımsız bir əraziyə çevrilmişdi.
Biz qərara gəldik ki, oranı təmizləyək. Təmizləyəndən sonra düşündük ki, ətraf hamısı qəbirlərdir, ordan necə istifadə edək? Təbii ki, ancaq qəbiristanlıq salmaq olardı. Dünya təcrübəsinə baxdıq: ABŞ-da, Avropada, Rusiyada, Gürcüstanda, Latviyada, İsraildə “əsgər məzarlıqları” var, niyə Azərbaycanda olmasın? Bu məzarlıqlarda dəfnin şərtləri də var. Birincisi, yaxınlarının razılığı olmalıdır, ikincisi, qəbirlər eyni cür olmalıdır, bəzək, dəbdəbə qadağandır və s.”

Nazir bildirib ki, orda əsgər məzarlığı yaratmaq niyyətindədirlər: “Mənə məruzə edirlər ki, sosial şəbəkələrdə əsgər qəbiristanlığının yaradılmasını müharibəyə hazırlıq kimi qələmə verirlər. Bunun müharibəyə hazırlıqla heç bir əlaqəsi yoxdur. Ancaq mən bir daha deyirəm: Azərbaycan Ordusu müharibəyə gecə-gündüz hazırlaşır, düşmənə layiqli cavab verməyə hazırdır, qadirdir və bunu arzulayır”.

Həmçinin oxuyun

Ermənilər atəşkəsi snayperlərlə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs …