Bazar ertəsi , Sentyabr 28 2020
Ana səhifə / Cəbhə Xəbərləri / AZƏRBAYCAN XÜSUSİ TƏYİNATLILARININ GÜLÜSTAN İSTİQAMƏTİNDƏ HƏMLƏSİ – Düşmənin 25 hərbçisi məhv edilib+ VİDEO

AZƏRBAYCAN XÜSUSİ TƏYİNATLILARININ GÜLÜSTAN İSTİQAMƏTİNDƏ HƏMLƏSİ – Düşmənin 25 hərbçisi məhv edilib+ VİDEO

…2015-ci il martın 19-da qondarma “dqr müdafiə nazirliyi” Azərbaycan ordusunun gücləndirilmiş xüsusi təyinatlı qrupunun Gülüstan istiqamətində, Çaylı kəndi ətrafında erməni ordusunun postuna hücumu barədə məlumat yaydı. Məlumatda deyilirdi ki, səhər saat 08.0 radələrində başlayan hücum və daha sonra iki saata yaxın çəkən döyüş fəaliyyəti zamanı erməni tərəfi itki verib-hərbi qulluqçular Akob Xaçaturyan (1995), Eduard Ayrapetyan (1995) və Arşak Arutyunyan (1995) öldürülüblər. Daha 4 hərbi qulluqçu isə yaralanıb.

Bir neçə gün sonra-martın 26-da erməni tərəfi həmin döyüşdə yaralanan daha bir hərbi qulluqçunun Xankəndi hospitalında öldüyünü açıqlamışdı. Və erməni tərəfi iddia edirdi ki, onların köməyə gələn əlavə qüvvələri postdakı qüvvələrlə birlikdə Azərbaycan xüsusi təyinatlılarını təqib ediblər. Və Azərbaycan mövqeləri yaxınlığında “tam məhv ediblər”.

Virtualaz.org xəbər verir ki, həmin tarixdən 5 ildən çox keçmiş bu döyüşün iştirakçılarından biri, xüsusi təyinatlıların ehtiyata buraxılmış hərbi qulluqçusu Ülfət Həsənov əslində hadisələrin necə cərəyan etdiyini danışıb. Məlum olub ki, xüsusi təyinatlılarımız əslində həmin döyüşdə 4 yox, daha çox düşmən hərbçisini məhv edib.

Qəhrəman qazimizin YouTube kanallarından birində yerləşdirilmiş hekayətinə əsasən düşmənin ölən və yaralanan hərbçilərinin sayı 25-30 nəfər olub. Və Gülüstan meşələri qan gölünə dönüb, öldürülən düşmən hərbçilərinin qanı ağ qarı qırmızıya boyayıb. Döyüşdə Ü.Həsənov da ağır yaralanıb.

Düşmənə sarsıdıcı zərbə vuran 6 nəfərlik qrup yaralı Ülfətlə birlikdə geri çəkilib, onları həqiqətən köməyə gələn erməni xüsusi təyinatlıları təqib edib. Amma qondarma rejimin iddia etdiyi kimi, qrup məhv edilməyib və yaralılarla birlikdə düşmənin şiddətli atəşi altından çıxa bilib.

Virtualaz.org-a istinadən qəhrəman qazimizin həmin döyüş hekayətini öz dilindən təqdim edirik:

Həmçinin oxuyun

Xalq artistinin qardaşı oğlu yaralandı – “Torpağımıza sahib çıxmalıyıq”

Xalq artisti Aygün Bayramovanın qardaşı oğlu Sənan Bayramov Qarabağ uğrunda gedən döyüşlərdə yaralanıb.Bu barədə Lent.az …