Bazar , Noyabr 28 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycan Ordusunun zabiti özünü güllələdi

Azərbaycan Ordusunun zabiti özünü güllələdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM (Makarov tapançası) markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib. Qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə, hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

Hərbi Prokurorluğun Mətbuat Xidməti də hadisə ilə bağlı məlumat yayıb.

Qeyd olunur ki, 12 iyul 2021-ci il tarixdə Müdadiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub. Məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib. Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.


Həmçinin oxuyun

Hərbçilərə sosial şəbəkələrdə məlumat yaymaq qadağan edilir

“Hərbi qulluqçuların statusu haqqında” yeni hazırlanan layihədə hərbi qulluqçuların fəaliyyət sahələri ilə bağlı bir sıra …