Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycan Ordusunun mövqeləri arasında basdırılan minalar zərərsizləşdirilib

Azərbaycan Ordusunun mövqeləri arasında basdırılan minalar zərərsizləşdirilib

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı zamanı qarşı tərəfin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə minaladıqları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ərazidə aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 100 ədəd Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-E minası, 8 ədəd piyada əleyhinə PMN-2 minası və 10 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Həmçinin oxuyun

Azad olunan ərazilərdə 190 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb. …