Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycan ordusunda ən yaxşı HHM batareyası adı uğrunda yarış keçirilir

Azərbaycan ordusunda ən yaxşı HHM batareyası adı uğrunda yarış keçirilir

Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının təlim mərkəzində “Ən yaxşı HHM batareyası” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yarışlara müxtəlif zenit-raket kompleksləri və zenit qurğuları batareyalarının döyüş heyətləri cəlb olunub.

Bir neçə mərhələdən ibarət yarışlar zamanı batareyaların döyüş heyətləri atış, atəşin idarəolunması, texniki, fiziki, taktiki, atəş və xüsysi hazırlıq üzrə bacarıqlarını nümayiş etdirəcək. Yarışların yekun nəticələrinə görə ən yaxşı HHM batareyası müəyyən ediləcək.

Həmçinin oxuyun

Düşmənin tərk etdiyi minaatan batareyası və döyüş postları – Video

Qırx dörd günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qarşısında tab gətirməyərək geri çəkilən işğalçı Ermənistan …