Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycan ordusu Şuşanın 5 kilometrliyindədir

Azərbaycan ordusu Şuşanın 5 kilometrliyindədir

Azərbaycan Ordusu Şuşanın 5 km məsafəsindədir

Qondarma DQ prezidenti Araik Harutyunyan rəsmi hesabından paylaşdığı videoda Azərbaycan Ordusunun Şuşa şəhərindən cəmi 5 km uzaqlıqda olduğunu bildirib.

Harutyunyan Şuşanı “erməni şəhər-qalası”, “Artsxın simvolu” adlandıraraq, xalqı yenidən silahlanmağa, şəhəri qorumağa çaırıb. Bununla belə, o qüvvələrin qeyri-bərabər olduğunu da bildirib və axırda qələbə qazanacaqlarını yazıb.

Qarabağdakı terrorçu rejimin başçısı Araik Harutyunyan bildirib ki, “bu gün həlledici tarixi anda” erməni xalqına müraciət edir. Türkiyə və Azərbaycan əleyhinə sərsəm ittihamlar səsləndirən Harutyunyan həyasızcasına burada ermənilərin “min illərdir” yaşadığını iddia edib. O bildirib ki, bu gün onlar təkcə cəbhə xətti boyunca təhdid olunmur, ciddi hərbi qüvvələr Şuşa istiqamətində cəmlənib. A.Harutyunyan növbəti dəfə abırsızcasına Şuşanı “qürurlu erməni qala-şəhəri” adlandıraraq, deyib ki, bu gün düşmən nəyin bahasına olursa-olsun, şəhəri ələ keçirməyə çalışır.

Qarabağ terrorçularının lideri Azərbaycan ordusunun Şuşanın 5 km-liyində olduğunu etiraf edərək hər kəsdən kömək istəyib. Şuşanı “erməni xalqının qətiyyət simvolu”, “döyünən ürəyi” adlandıran baş terrorçu ardınca deyib ki, “artsaxın ali baş komandanı” kimi hər kəsi mübarizəyə çağırır. “Bir daha sizi birləşməyə və bizim Şuşamızı, bizim artsaxımızı, bizim milli ləyaqətimizi müdafiə etməyə çağırıram” – Harutyunyan yalvarıb.

Bir neçə gün əvvəl Nikol Paşinyan da xalqa müraciətlə hamını silahlanmağa, dəstələrə bölünüb müharibəyə getməyə səsləmişdi. O müraciətdən sonra cəmi 300 nəfər silahlanıb, onların da bir çoxu elə Qarabağa gələrkən məhv edilib.

A.Harutyunyan da bir neçə gün əvvəlki çıxışında o, dünya ermənilərinə müraciət etmişdi, həmçinin Qarabağı tərk edən erməni iş adamlarını, tələbələri haraya çağırmışdı. Amma Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən, həmçinin Ermənistana aparan yolların nəzarətə alınmasından sonra kimsənin köməyə gəlməyəcəyini anlayan, üstəlik, qəhrəman əsgərlərimizin Şuşanın qapısında olduğunu görən baş terrorçu bu dəfə Qarabağdakı olan-qalan erməniləri birləşməyə, müqavimət göstərməyə çağırıb.

Özü də bu çağırışın Rusiya prezidentinin çıxışından, ermənilərin olan-qalan ümidlərini kəsən fikirləri dilə gətirməsindən sonraya təsadüf etməsi də maraqlıdır. Harutyunyanın müraciəti daha çox Şuşa ilə vida çıxışına bənzəyir. Düşmənin son çırpıntılarıdır, inşallah, tezliklə üçrəngli, ay-ulduzlu bayrağımız Şuşanın qəlbində, ən qəlbi yerində dalğalanacaq.
Musavat.com

Həmçinin oxuyun

ANAMA 31 mina və partlamamış hərbi sursatı zərərsizləşdirdi

20-23 noyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Cəbrayıl, …