Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycan Ordusu daha bir əsgərini itirdi

Azərbaycan Ordusu daha bir əsgərini itirdi

Müdafiə Nazirliyi Azərbaycan tərəfindən cəbhə xəttində təxribat törədilməsi barədə erməni KİV-lərində yayılan məlumata münasibət bildirib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

Ermənistanın KİV-də guya, Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.

Xatırladaq ki, sentyabrın 20-də Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu, əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu da düşmən tərəfindən vurularaq öldürülmüşdü. 

Həmçinin oxuyun

Mövqelərimiz pulemyot və snayperlərdən atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə …