Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəbhə Xəbərləri / AZƏRBAYCAN DAHA BİR ŞƏHİD VERDİ – Düşmənə cavab zərbəsi endirildi, ölən və yaralanan var

AZƏRBAYCAN DAHA BİR ŞƏHİD VERDİ – Düşmənə cavab zərbəsi endirildi, ölən və yaralanan var

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib. 

Mia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. 

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub. 

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı, “Harop”u modernləşdirir

İsrailin  “Israel Aerospace Industries” şirkəti Qarabağda gedən 44 günlük müharibənin təcrübəsini nəzərə alaraq “Harop” zərbə pilotsuz …