Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycan 100-ə qədər erməni hərbçisinin cəsədini geri qaytarmağa hazırdır – RƏSMİ

Azərbaycan 100-ə qədər erməni hərbçisinin cəsədini geri qaytarmağa hazırdır – RƏSMİ

Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.

Həmçinin oxuyun

Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər və Tovuz istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bu barədə Azərbaycan …